Dördüncü dəfə dünyanın ən bahalı şəhəri seçildi

Sinqapur yenidən dünyanın ən bahalı şəhəri seçilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Economist İntelligence Unit” agentliyinin dünya şəhərlərində apardığı yaşayış dəyəri araşdırmasında deyilir. Sinqapur ardıcıl 4-cü dəfə reytinqdə birinci yeri tutur. Siyahının ikinci və üçüncüsü müvafiq olaraq Honkonq və Sürixdir. İlk onluğa, həmçinin Tokio, Osaka, Seul, Cenevrə, Paris, Nyu-York və Kopenhagen daxil ediliblər. Ən ucuz şəhər isə Qazaxıstanın Alma-Ata şəhəri seçilib. Araşdırma dünyanın 133 ölkəsində məhsul və xidmətlər üzrə qiymətlər fərqinə əsaslanır.

DİGƏR XƏBƏRLƏR

Top