ABŞ-a uçan təyyarələrdə elektron qurğuların daşınması qadağan ediləcək

ABŞ-a uçan təyyarələrin göyərtəsində elektron qurğuların daşınması üzrə müvəqqəti qadağa Şimali Afrika və Yaxın Şərqin 8 ölkəsindəki 10 beynəlxalq aeroporta şamil ediləcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Amerika hakimiyyətinin anonim nümayəndəsi bildirib. Elektron qurğuların daşınması Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin iri aeroportlarından qadağan ediləcək. Məhdudiyyətlər 9 hava yolu şirkətininin sərnişinlərini əhatə edəcək. ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Administrasiyası (TSA) bu aviadaşıyıcıları qərarı barədə bu gün məlumatlandıracaq.

DİGƏR XƏBƏRLƏR

Top