Novruz bayramı günü Qaxın dağ kəndlərinə qar yağıb-VİDEO

Bugün səhər saatlarından başlayaraq Qax rayonunun bir sıra dağlıq kəndlərinə qar yağmağa başlayıb. Rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb. Kənd sakinlərinin verdiyi məlumata görə mart ayında qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb. Qeyd edək ki, hazırda qarın yağması davam edir. İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.Report

qax

DİGƏR XƏBƏRLƏR

Top