Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Bu gün Goranboy-Balakürd kənd yolunda “Niva” və “VAZ2109” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti orta-ağır, birinin vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top