ABŞ Ermənistandakı seçkilərdən sonra yeni qara siyahı tutacaq

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi gərginliyin artması və bir çox yerlərdə seçicilərin pulla ələ alınması ilə bağlı məlumatların yayılması ABŞ-ın Ermənistandakı səfirliyinin xüsusi diqqət mərkəzindədir. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, "Jamanak" qəzeti məsələ ilə bağlı ABŞ səfirliyinin seçkilər zamanı kobud qanun pozuntularına yol verənlərin adlarını qara siyahıya salacağını yazıb: "ABŞ-ın Ermənistandakı səfirliyi çox güman ki, aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra daha bir qara siyahı tərtib edəcək. Bu siyahıda ABŞ üçün arzuedilməz cinayətkar elementlər deyil, həm də pulla əhalinin müəyyən təbəqəsinin səsini almaq istəyən namizədlərin də adları olacaq".

Xatırladaq ki, 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində kobud qanun pozuntularına yol verdiklərinə və etiraz aksiyası iştirakçılarına divan tutduqlarına görə, Miqran Poqosyan, Arman Saakyan, Arakel Movsesyan, Arkadi Ambartsumyan, Samvel Aleksanyan, Ruben Aleksanyan ABŞ üçün arzuedilməz şəxslər elan edilmiş və onların adları qara siyahıya salınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top