Güclü külək Ağstafada bir sıra fəsadlar törədib

Ötən axşam Ağstafa rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Təbiət hadisəsi sakinlərə ziyan vurub. Belə ki, külək nəticəsində iri ağaclardan qırılan budaqlar rayon mərkəzindəki marketin dam örtüyünün üstünə düşüb. Nəticədə dam örtüyü yarasız hala düşüb. Külək habelə rayonun Qırlı kəndində də sakinlərdən birinə ziyan vurub. Belə ki, kənd sakininin evinin yardımçı hissəsinin dam örtüyü tamamilə uçub. Nəticədə ev sahibinə xeyli ziyan dəyib.Report

DİGƏR XƏBƏRLƏR

Top