Azərbaycanda alternativ enerji isehsalı artıb

Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalarda elektrik enerjisi istehsalının həcmi illik müqayisədə 70,2% artaraq 2017-cı ilin yanvar-fevral aylarında 8,0 mln. kVt/saat təşkil edib. Bu müddətdə külək stansiyalarında istehsal 75% artaraq 3,5 mln. kVt/saata çatıb.

İstilik elektrik stansiyalarında istehsalın həcmi 4,5% artaraq 3 793,2 mln. kVt/saat olub, su elektrik stansiyalarında isə 10,5% artaraq 216,1 mln. kVt/saata yüksəlib.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 4 196,8 mln. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur. report

DİGƏR XƏBƏRLƏR

Top