İtaliyada TAP kəmərinə qarşı təxribat

İtaliyanın cənubundakı Salento bölgəsində Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin tikintisini əngəlləmək üçün yeni təxribatlara start verilib.

Ötən həftə TAP şirkətinin Salento bölgəsinin San-Foka rayonunda kəmərin keçdiyi ərazidə yerləşən çoxillik zeytun ağaclarının köçürülməsinə başlamasından sonra prosesi dayandırmaq üçün “No TAP” (TAP-a yox!) komitəsi aksiyalara başlayıb. Polis hələ aksiyalara müdaxilə etmir.

Bu komitəyə İtaliya parlaentində 22 faiz səslə təmsil olunan “5 Ulduz” hərəkatının lideri Beppe Grillo rəhbərlik edir. Bepe Grillonun Rusiya ilə sıx əlaqələri var.

Xəbər verildiyi kimi ötən həftə Salento bölgəsində kəmərin marşrutu üzərində yerləşən 231 çoxillik zeytun ağaclarından 4-ünü köçürüb. Lakin Melandunyo şəhər bələdiyyəsi (Salentonun inzibati mərkəzi) bu köçürmənin qanuniliyini şübhə altına alıb və şəhərsalma, ekologiya landşaft Departamenti MQUOPEP-ə müraciət edib. TAP şirkəti isə bildirir ki, İtaliya Nazirlər Kabinetinin rəsmi icazəsi əsasında hərəkət edir və ağacları köçürülməsinə rəsmi sanksiyası var.

Lakin Melandunyo bələdiyyəsi TAP şirkətinə xəbərdarlıq edib ki, ağacların köçürülməsi dayandırılmasa prokurorluğa müraciət edəcək. “No TAP” komitəsinin fəalları isə ötən gün martın 19-dan başlayaraq zeytun ağaclarının yerləşdiyi ərazidə növbə çəkməyə, piket keçirməyə başlayıblar. Komitə bütün tərəfdarlarını, Salento bölgəsinin sakinlərini kəmərin tikintisini dayandırmaq üçün aksiyalara dəvət edir.

Əgər ağacların köçürülməsi aprelin 30-na qədər başa çatmasa o zaman işlər bu ilin noyabrına qədər təxirə salınmalıdır. Çünki yay aylarında ağacların köçürülməsi onların məhvi ilə nəticələnə bilər. Bu baxımdan Salento bölgəsində baş verənlər kəmərin tikintisini azı yarım il ləngitməyə hesablanıb.

“No TAP” komitəsi bundan əvvəl də TAP kəmərinə qarşı dəfələrlə aksiyalar təşkil edib, hətta kəmərin tikintisini aparan podratçı şirkətin texnikasına hücum olub. TAP şirkətinin ofisinə Molotov kokteyli atılıb. Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top