Ağdaşda ağır yol qəzası baş verib, yaralılar var - FOTO

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, Ağdaş rayon Heydər Əliyev prospektində "VAZ-2107" ilə "Hyundai" marakalı avtomobil toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan "VAZ-2107" marakalı avtomobilin sürücüsü - Ağdaş rayon sakini 1981-ci il təvəlüdlü Mustafayev Kamran Samit oğlu və "Hyundai" markalı avtomobilin sürücüsü - Ağdaş rayon Cücük kənd sakini 1951-ci il təvəlüdlü Lətifov Vaqif Sədi oğlu Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top