Dünyanın "bərkgedənləri" - FOTOLAR

- Dünyanın ən bahalı avtomobili "Ferrari 275 GTB" hesab olunur. Bu avtomobil ABŞ-da keçirilən hərracda 27,5 milyon dollara satılıb. Avtomobil satılmamışdan öncə Eddi Smit ailəsinə, məşhur "National Wholesale Company" şirkətinin sahibkarına məxsus olub.

- Bugünə qədər satılan ən bahalı brilyant Honk-Konqda təşkil edilən hərracda satılıb. 118 karatlıq bu brilyant 30 milyon 600 min dollara satılıb. İki il əvvəl Cənubi Afrikada çıxarılan və emal olunan, oval formalı brilyant indiyə qədər dünyada satılan ən dəyərli daş kimi tarixə düşüb.

- "Əpl" ("Apple") dünyanın ən bahalı brendi seçilib. Brend dəyərləndirmə şirlkəti "İnterbrand"dən belə hesab edirlər ki, "Əpl" brendinin dəyəri 179,1 milyard dollara bərabərdir.

- Madridin (İspaniya) "Real" futbol klubu isə dünyanın ən bahalı idman komandası hesab edilir. "Forbes" jurnalının hesablamalarına görə "Real" klubunun qiyməti 3,26 milyard dollar təşkil edir.

- Fransada yetişdirilən "La Bonnotte" cinsli kartoflar dünyanın ən bahalı kartofu hesab olunur. "La Bonnotte"nin 1 kiloqramı təxminən 500 avroya satılır.

- Dünyanın ən bahalı ayaqqabısı Yeni Zelandiyalı dizayner Ketrin Uilson tərəfindən hazırlanıb. Ayaqqabının bəzədilməsində brilyant daşlardan istifadə olunub. Bu ayaqqabının qiyməti 419 min dollardır.

- Dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan "Soliris" preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. "Soliris" immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir

DİGƏR XƏBƏRLƏR

Top