Benzin istehsalı artıb

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 401 milyon manat dəyərində neft məhsulları istehsal olunub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% az olub. Məlumatda bildirilir ki, bu il ölkədə 210,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin ilk 2 ayı ilə müqayisədə 17% çoxdur. Bu ilin yanvar-fevral ayları ildə Azərbaycanda 316,4 min ton dizel yanacağı istehsal edilib. Bu, 2016-cı ilin ilk 2 ayı ilə müqayisədə 13,6% azdır. Bu il Azərbaycanda ağ neftin istehsalı 7,3% azalıb. Belə ki, bu ilin ilk 2 ayı ərzində ölkədə 105,2 min ton ağ neft istehsal olunub.

DİGƏR XƏBƏRLƏR

Top