Ayda adambaşına 326 manat xərcləmişik

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 6,3 milyard manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5% artıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini real ifadədə 0,9% üstələyib, 51,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində yaranıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 325,8 manatlıq və ya 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 35,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top