Təbii qaz xaricə də 20 qəpiyə satılır, özümüzə də... RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə 326,7 milyon kubmetr təbii qaz ixrac edilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu həcmdə təbii qazın dəyəri 39 milyon 393 min dollara bərabər olub. Bu isə o deməkdir ki, xaricə satılan elektrik enerjisinin 1 kubmetrinin qiyməti 12 sent və ya mövcud məzənnə ilə (1,70) hesablandığı zaman 20 qəpik təşkil edib. Onu da bildirək ki, təbii qazın daxili bazardakı qiyməti də 20 qəpiyə (12 sent) bərabərdir. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, xaricə satılan təbii qazın qiyməti ilə əhaliyə satılan təbii qazın qiyməti arasında heç bir fəqr yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top