Xam neftin ixracı artıb, neft məhsullarının ixracı azalıb

Əvvəlki aylarda olduğu kimi 2017-ci ilin yanvar-fevral aylarında da xarici ölkələrə ən çox xam neft idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 1 milyard 387,4 milyon dollar dəyərində 3,4 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 83,9%-ni təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında bu məhsulun ümumi ixracdakı payı 76,8% olub. Eyni zamanda 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 47,5% artıb, miqdar ifadəsində isə 8,9% azalıb.

Xam neftdən sonra xarici ölkələrə ən neft məhsulları satılıb. İxrac olunan neft məhsullarının dəyəri isə 46,3 milyon dollar təşkil edib. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə neft məhsullarının ixracı 26,5% azalıb. Neft məhsulları ilə bərabər xarici ölkələrə təbii qaz da ixrac edilib ki, onu da dəyəri 39,4 milyon dollara bərabər olub. Neft məhsullarından fərqli olaraq təbii qazın ixracı artıb. 2016-cı ilin ilk iki ayı ilə müqayisdə neft məhsullarının ixracı 16,3 % artıb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ilin ilk iki ayı ərzində xarici ölkələrə 38,7 milyon dollar dəyərində meyvə-tərəvəz, 19,7 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 23,6 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 8,5 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 2,7 milyon dollarlıq şəkər, 6,2 milyon dollarlıq kimya sinayesi məhsulları, 3,4 milyon dollarlıq elektrik enerjisi, 2,3 milyon dollarlıq pambıq iplik satılıb.

DİGƏR XƏBƏRLƏR

Top