Xarici ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2 milyard 625 milyon 946,68 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar-fevral aylarına nisbətən 20,1% artıb. İdxal əməliyyatları üzrə 971 milyon 970,5 min dollar (2016-cı ilin yanvar-fevralına nisbətən 0,44% azalıb), ixrac əməliyyatları üzrə 1 milyard 653 milyon 976,14 min dollar (2016-cı ilin yanvar-fevralına nisbətən 36,6% artıb) ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsində 682 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top