Avtomobil idxalı artıb

Cari ilin yanvar-fevral aylarında ərzində Azərbaycana 1003 ədəd avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu rəqəm 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 182 ədəd yaxud 22,1% çoxdur. Hesabat dövründə avtomobil idxalının 84,9%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində bu nəqliyyat vasitələri üzrə 852 ədəd idxal qeydə alınıb ki, bu da 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 115 ədəd çoxdur. Hesabat dövründə 139 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 72 ədəd çoxdur. Bunlardan başqa ay ərzində 7 ədəd xüsusi təyinatlı motorluq nəqliyyat vasitələri, 5 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub.

DİGƏR XƏBƏRLƏR

Top