Hansı ölkədə neçə gün bayram olur? - İNFOQRAFİKA

Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramıdır. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günü olacaq. "Yeniavaz.com" bildirir ki, bu il 365 günündən (8760 saat) ibarətdir. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin "2017-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 25 noyabr 2016-cı il tarixli qərarına əsasən apardığı hesablama göstərir ki, bu günlərin 241-i iş (beşgünlük iş həftəsinə görə-red), 110-u istirahət, 18-i bayram, 1-i isə Ümumxalq hüzn günü olacaq. Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən ölkə ərazisində həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Qeyd edək ki, dünyanın bir-çox dövlətində, o cümlədən də inkişaf etmiş ölkələrdə həftəlik iş vaxtının müddəti isə 40 saat olsa da, bayram günlərinin sayı Azərbaycanla müqayisədə aşağıdır.

Maraqlı olacağını nəzərə alaraq bəzi ölkələrdə il ərzində iş saatlarının, həftəlik iş saatının və bayram günlərinin sayını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top