Kabelsiz qulaqcıq qadının qulağında partlayıb

Kabelsiz qulaqcıqlar rahatlığı ilə seçilir və istifadəçilər kabelli qulaqcıqlara nisbətən onları daha çox üstün tuturlar. Lakin bu xəbəri oxuduqdan sonra kabelsiz qulaqcıqlara qarşı fikriniz dəyişə bilər. Belə ki, Pekin şəhərindən Melburna təyyarə səfəri zamanı yaşanan hadisə insanları dəhşətə gətirib. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, qadın sərnişin təyyarədə kabelsiz qulaqcıqla musiqi dinləyən zaman qulaqcıq onun qulağında partlayıb. Məlum olub ki, qadın təyyarədə yatdığı zaman qulaqcıq iki saat onun qulağında qalıb. Qulaqcığın batareyası həddindən çox isindiyi üçün partlayıb. Saçları və üzü yanan qadın açıqlamasında belə deyib: “Arxama döndükdə hiss etdim ki, üzüm yanır. Dərhal qulaqcığı çıxarıb yerə atdım. Qulaqcığı yerə atanda o hələ də yanırdı”. Dərhal qulaqcığın üzərinə su tökülərək alovu söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top