Bir gündə xalq artisti ilə əməkdar artistə AĞIR İTKİ

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Nurəddin Mehdixanlının qardaşı, polkovnik Ələddin Quliyev 59 yaşında vəfat edib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin məlumat yayıb. Onun sözlərinə görə, Ələddin Quliyev Qarabağ müharibəsində kəşfiyyat komandiri olub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyevaya da ağır itki üz verib. Bu barədə aktrisanın özü məlumat verib. Onun sözlərinə görə, 86 yaşlı anası Bilqeyis xanım xərçəng xəstəliyindən bu gün səhər saatlarında dünyasını dəyişib: "Səhər təcili yardım çağırmışdıq. Sonra su istədi, alma soku çəkib verdim. Onunla da gözlərini əbədi yumdu".

Allah rəhmət eləsin.

DİGƏR XƏBƏRLƏR

Top