NASA: Kaliforniya yerin altına girir

NASA-nın peyklərindən əldə edilmiş son məlumatalara görə, Kaliforniyanın şimalındakı San-Xoakin vadisi sürətlə torpağın altına çökməyə davam edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NASA-nın reaktiv hərəkət laboratoriyası xəbər yayıb. Buna səbəb kimi həmin ərazidə qrunt sularının istifadə edilməsi üçün xeyli həcmdə çəkilməsi göstərilir. Kaliforniyanın Su resursları departamentinin rəhbəri Uilyam Kroyl bildirib ki, qruntun hazırki hündürlüyünün azalması tempi milyonlarla insan və onlara xidmət göstərən infrastrukturun vəziyyəti üçün təhlükədir: “Qrunt sularının çəkilməsi Cənubi Kaliforniyaya su çatdıran kanalları dağıda bilər ki, bu da fəlakət anlamına gəlir”. Kaliforniya və ABŞ-ın digər quraqlıq ştatları məişətdə və kənd təsərrüfatında istifadə edilən şirin suyun böyük hissəsini artezian quyularından əldə edirlər. Bunun nəticəsində son 100 ildə San-Xoakin vadisi Kaliforniyanın qalan hissəsinə nisbətdə 8,5 metr torpağın altına çöküb.

DİGƏR XƏBƏRLƏR

Top