Türkiyə Əl-Babda hərbi baza qurub

Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatında iştirak edən Türkiyə ordusu İŞİD terror qruplaşmasının silahlılarından təmizlənmiş Əl-Bab şəhərində müvəqqəti hərbi baza yaradıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, baza Əl-Babın strateji təpələrinin birində yerləşir. Hərbi obyektdən Türkiyənin zirehli texnikalarının dislokasiyası və kiçik təmiri üçün istifadə etmək nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə 2016-cı il avqustun 24-dən “Fərat qalxanı” əməliyyatına başlayıblar. Əməliyyat çərçivəsində sərhədyanı Cerablus şəhəri, şimaldakı Əl-Bab şəhəri terrorçulardan təmizlənib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əməliyyatın məqsədi 5 min kvadratkilometr ərazini terrorçulardan təmizləmək və orada qaçqınların yerləşdirilməsi üçün təhlükəsizlik zonalarının yaradılmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top