Azərbaycan müxalifəti bir araya gəldi...

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında ADP sədri S.Cəlaloğlunun sədrliyi ilə KXCP, AXP, Azadlıq Partiyası, BAP, VİP, Ağ Partiyası və ALDP sədrlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda keçmiş yığıncaqda qəbul olunmuş qərarların icra vəziyyəti müzakirə olunaraq qənaətbəxş hesab edilib. İclasda ölkədə və dünyada gedən ictimai-siyasi proseslər hərtərəfli və geniş təhlil edilib. Yığıncaq iştirakçıları son günlər cəbhədə baş verən döyüşlər zamanı şəhid olan əsgər və zabitlərimizin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib. Milli Ordunun Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində istənilən səylərini dəstəklədiyini bəyan etməklə edib. Müzakirədə iştirak edən partiyalar iqtidarı erməni təxribatların qarşısını almaq və düşmənə cavab verməkdə amansız mövqe nümayiş etdirməyə çağırıb. Partiya sədrləri mart ayının 18-də saat 13.00-da ADP-nin qərargahında ölkədə ictimai-siyasi vəziyyətin müzakirəsinə həsr olunmuş geniş toplantının keçirilməsi haqqında razılığa gəliblər. modern.az

DİGƏR XƏBƏRLƏR

Top