Ərdoğanın müşaviri: Səfir Karlovun qətlinin üstünün açılmasına yaxınıq

Türkiyənin istintaq orqanları Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli haqqında işin üstünü açmağa yaxındırlar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu “Rossiya 24” telekanalına müsahibəsində Türkiyə prezidentinin müşaviri İlnur Çevik deyib. Onun sözlərinə görə, bu cinayətdə əli olan 6 şübhəli saxlanılıb, qatilin özü isə öldürülüb: “Lakin biz onun cinayəti törətməzdən əvvəl kiminlə ünsiyyət saxladığını izləyə bilərik. Bu söhbətlər təhqiqat üçün faydalı ola bilər. Onun bəzi yazışmalarının təfərrüatları qalıb, mütəxəssislər həmin informasiya üzərində çalışırlar, bu, ciddi dəlildir. Fikrimcə, tezliklə həqiqətə varacağıq”.

Xatırladaq ki, A. Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən keçmiş polis əməkdaşı Mövlud Mərd Altındaş tərəfindən qətlə yetirlib. Hücum edən şəxs yerli təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı kimi qiymətləndirib. A. Karlova ölümündən sonra Rusiya qəhrəmanı adı verilib.

DİGƏR XƏBƏRLƏR

Top