Bakıda binanın üstündə "bina" tikirlər VİDEO

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında çoxmərtəbəli yaşayış binasının damındakı dəmir listlərin həyətə tökülməsi, evlərə, maşınlara ziyan dəyməsi bir neçə gündür sosial şəbəkələrdə və saytlarda müzakirə mövzusudur. Binanın üstündəki bir neçə metrlik dəmir listlərin yuxarıdan aşağıya tökülmə səbəbi barədə binada yaşayanlar "Yeniavaz.com" saytına maraqlı faktlar açıqlayıblar.

"Şazi MTK"-nın tikdiyi binanın 16-cı mətəbəsində yaşayan sakinlərdən biri saytımıza bildirib ki, bir neçə gün öncə yaşadıqları mənzilin tavanı çöküb: "Tavan çökən gün Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inə müraciət etdik. Ünvanı deyəndən sonra bizə dedilər ki, bu bina FHN-nin komissiyasının yoxlamasından keçməyib, ona görə problem bizlik deyil. Bizə bildirdilər ki, binanın tikintisinə icazə verən sərəncam Yasamal Rayon İcra Hakimiyyətindən alınıb. Binanı tikən şirkəti məhkəməyə verməyi məsləhət gördülər".

Digər sakin isə binanın damında əlavə 2 mərtəbənin tikintisinə başlanıldığını dedi: "Neçə ildir burada yaşayırıq. İndi başlayıblar damda əlavə mərtəbələr tikməyə. Əvvəl elə bildik ki, bunu yağış və qar suyunun qarşısını almaq üçün edirlər. Sən demə, əlavə mərtəbə tikirlər. Neçə ildir binada yaşayırıq, indi haradan ağıllarına gəldi mərtəbəni artırmaq? Binanın damını deşirlər deyə yağış və qar suları mənzilimizə sızıb, ciddi ziyan dəyib".

Bina

DİGƏR XƏBƏRLƏR

Top