Nöqsana yol verən direktor haqqında tədbir görüləcək

Mingəçevirin 2016-cı il ərzində sosial-iqtisadi inkişafı və 2017-ci ildə qarşıda duran vəzifələr barədə Şəhər İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, mingəçevirlilər üçün 2016-cı ilin ən əlamətdar yaddaqalan hadisəsi sentyabr ayında ölkə Prezidenti cənab İlham Əliyevin şəhərə səfəridir: "Şəhərimizə səfəri zamanı dövlət başçısının verdiyi göstəriş və tapşırıqlar Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən gələcək fəaliyyət proqram kimi qəbul olunub. Şəhərdə 2016-cı il ərzində abadlıq-quruculuq sahəsində bir çox işlər görülüb. Şəhərdə əsaslı təmir işləri aparılıb, park və xiyabanlar yeni müasir görkəmə salınıb".

Digər görülən işlərlə bağlı şəhərin təhsil, idarə, müəsissə, təşkilat rəhbərləri məlumat veriblər. Bütün çıxışlardan sonra açıq mikrofon vasitəsi ilə problem və təkliflər dinlənilib. Səsləndirilən problemlərə aydınlıq gətirilib və həlli üçün nəzarətə götürülüb.

Lakin 14 saylı məktəbin direktorunun ciddi nöqsanları olduğu üçün haqqında tədbir görülməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib. Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da çıxış edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top