Gürcüstan sərhədlərini qoruyan qadınların sayı artırılacaq

Gürcüstan Daxili İşlər nazirliyi sərhəd xidməti polisində çalışanların 20 faizini qadınlar təşkil edir. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, onların çoxu ailə qayğılarını və işlərini uzlaşdırmalı, eyni zamanda iki sahədə çalışmalı olurlar. Bununla bağlı "Arsenali" jurnalı yazır ki, sərhədlərin qorunmasında xidmət edən qadınlar kişi həmkarlarından nəinki geri qalmır, hətta vəzifələrini onlardan daha yaxşı yerinə yetirirlər: "Qadınlar daha məsuliyyətli, daha çevik, həssasdıralr və onların diqqətindən ən cüzi bir pozuntu belə yayınmır."

Bütün bunları nəzərə alan Gürücüstan daxili işlər nazirliyi sərhəd xidməti polisində çalışan qadınların sayını artırmaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top