Atambayev: "Qırğızıstanda inqilablara son qoyulub"

"Qırğızıstanda inqilablara son qoyuldu. Bundan sonra ölkə normal, inkişaf edən dövlət olmalıdır". “RİA Novosti”nin verdiyi məlumata görə, bu sözləri Qırğızıstan prezidenti Almazbek Atambayev rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi mətbuat konfransında deyib. “Əgər kimsə Qırğızıstanda inqilab etmək istəyirsə, mən onlara xatırladıram ki, baş verən hər iki inqilabın lideri Atambayev olub. 2005-ci ildə Ağ Evin tutulması Atambayevin payına düşür, 2010-cu ildə isə narazı vətəndaşlar Atambayevin ofisi qarısında toplaşırdı. Bu səbəbdən üçüncü inqilab olarsa, mən onu etməyəcəm”, - deyə dövlət başçısı söyləyib. V. Putin öz növbəsində rəsmi Moskvanın digər ölkələrin daxili işlərinə heç vaxt qarışmadığını və qarışmayacağını vurğulayıb: “Biz postsovet məkanında sabitliyi dəyərləndirməliyik. Hakimiyyətdəki istənilən dəyişikliklər Konstitusiya çərçivəsində və qanuna uyğun baş verməlidir”.Apa

DİGƏR XƏBƏRLƏR

Top