Rusiya Ermənistandan gətirilən bəzi mallara qadağa qoyacaq

Üçüncü ölkələrdən Avrasiya İqtisadi İttifaqı (Aİİ) dövlətləri (Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan) vasitəsilə Rusiyaya daxil olan malların dövriyyəsinin qadağan edilməsi haqqında qanun layihəsi hazırlanıb. “Yeniavaz.com”un “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, qanun layihəsini Rusiya Maliyyə Nazirliyi hazırlayıb. Bununla da Rusiya hökuməti sanksiya tətbiq edilmiş məhsulların təkrar ixracını məhdudlaşdırmağa çalışır. Rusiya hökuməti, həmçinin fiziki şəxslər tərəfindən ölkə daxilində şəxsi ehtiyaclar üçün sanksiyalı malların əldə edilməsinə qadağa qoymağı və istənilən növ sövdələşməyə məhdudiyyət tətbiq etməyi təklif edir. Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, bu qanun layihəsi Aİİ-nin bazarını daha ədalətli edəcək. Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti də qanun layihəsinə əlavələr hazırlayıb. Qurum Rusiyaya gətirilməsi qadağan edilmiş malların satılması, saxlanılması, nəqlinə görə cərimələrin tətbiqini təklif edir. Sanksiyalı məhsulların alıcılarını 3-5 min rubl cərimə gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top