Türkiyə səfirinin üzərinə nar şirəsi atan erməni məhkəmə qarşısında cavab verəcək

Erməni əsilli Fransa vətəndaşı Türkiyə səfirinə qarşı kobud hərəkətə görə məhkəmə qarşısında cavab verməli olacaq. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Fransa vətəndaşı olan erməni Türkiyənin Parisdəki səfiri Hakki Akulaya qarşı zorakılıq cəhdinə əl atmaqda günahlandırılır. Ötən ilin mart ayının 7-də Türkiyə səfiri Parisdəki Dekarta universitetində çıxış edərkən erməni gənc onun üzərinə nar şirəsi atıb. Digər yoldaşı isə onun bu hərəkətini videoya çəkib. Bu videonun sosial şəbəkədə yayılmasından sonra erməni gəncin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. İndi buna görə erməni həbsdə yatmalı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top