"Moskva Stepanakertə deyil, Yerevana kömək etməlidir"

Rusiya Dağlıq Qarabağa deyil, Ermənistana kömək etməyə borcludur. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə "Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsinə xidmət edən daxili və xarici faktorlar adlı" müzakirələrdə çıxış edən rusiyalı politoloq Aleksandr Skakov deyib. Onun sözlərinə görə, Moskvanın Bakı və Yerevanla münasibətləri eyni deyil, müxtəlifdir: "Moskva üçün Yerevan sadəcə olaraq tərəfdaş deyil, həm də müttəfiqdir. Azərbaycan isə Rusiya üçün adi tərəfdaş rolunu oynayır. Biz müttəfiqimizə yalnız kömək etmək deyil, həm də onu hərbi baxımdan müdafiə etməyə borcluyuq. Amma Moskva Stepanakertə deyil, Yerevana kömək etməlidir. Bizə əksər hallarda irad tuturlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanımırıq, ancaq Ermənistan da tanımır".

Skakov Sergey Lavrovun mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanın daxil işi olmadığını söyləməsinin də çox önəmli amil daşıdığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top