Binəli Yıldırımdan Dağlıq Qarabağ açıqlaması

Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimizdir, sevinci bizim sevincimizdir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan arasındakı münaqişə illərdir qanayan yaraya çevrilib: “Azərbaycan torpaqları erməni silahlı dəstələri tərəfindən işğal edilib, problem bu günədək həll edilməyib. Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimizdir, sevinci bizim sevincimizdir. Qardaş Azərbaycanın haqlı davasında hər zaman yanında olduğumuzu ifadə etmək istəyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top