Rusiya Ermənistanı növbəti təxribata çəkir

Stavropol hava limanı 2017-ci ilin may-iyun aylarında Yerevana aviauçuşlar təşkil etməyə hazırlaşır. "Yeniavaz.com"un 1ın.am-a istinadən verdiyi məlumata görə, məhz bu məsələ Ermənistanda müəyyən narazılıqlara səbəb olub. Məsələyə münasibət bildirən Ermənistanın Mülki aviasiya baş İdarəsinin keçmiş rəisi Şaen Petrosyan Stavropoldan Yerevana təşkil ediləcək hava uçuşlarının müsbət tərəfi olduğunu desə də, Ermənistanın özünün müstəqil şəkildə aviadaşımaları təşkil edə bilməməsindən narahat olduğunu söyləyib: "Mən həmişə demişəm və yenə də təkrar edirəm: Rusiya "Zvartnots" hava limanından yalnız özünün keçid məntəqəsi kimi istifadə edir. Biz "açıq səma" siyasətimizdən özümüzün müstəqil avia yükdaşımalar şirkətimizin olması imkanlarını itirmişik. Biz birbaşa Simferopol-Yerevan reyslərini həyata keçirə bilmirik. Çünki Krımın hava sahəsini Ukrayna beynəlxalq uçuşlar üçün qapalı elan edib. Biz Gürcüstan ərazisi ilə aviayükdaşımalarını təşkil edə bilərik. Ancaq Gürcüstan buna razılıq vermir. Əgər Yerevandan birbaşa Krıma hava uçuşları təşkil etsək, onda Ukrayna ilə düşmən olmalı olacağıq. Rusiya növbəti dəfə bu yolla Ermənistanı Ukrayna ilə düşmənçiliyə səbəb olacaq təxribata çəkir".

DİGƏR XƏBƏRLƏR

Top