Sabah dollar ucuzlaşa bilər

Bir neçə dəqiqə öncə valyuta əməliyyatları bazarında ən mühüm oyunçulardan biri olan Kapital Bank Dolların satış qiymətini aşağı salıb. Bank təxminən 1 həftə idi məzənnəni dəyişmirdi. KapitalBank Dolların satış qiymətini 1.83 manatdan 1.80 manata endirib. Bu gün səhər saat 10:00-da Kapital Bank satış məzənnəsini 1.83 manat təyin etmişdi. Kapital Bank Dolların alış qiyməti dəyişdirməyərək 1.7445 manat səviyyəsində saxlayıb. Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracı keçiriləcək. Dolların satış qiymətinin Kapital Bankda aşağı düşməsi Dolların hərracda da ucuzlaşa biləcəyi ehtimalını gücləndirir. Qeyd edək ki, Kapital Bank Dolları limitsiz satır. marja

DİGƏR XƏBƏRLƏR

Top