Əfqanıstanda 11 polis öldürülüb

Əfqanıstanda silahlıların hücumu nəticəsində 11 polis ölüb. “RİA Novosti”nin məlumatına görə, hadisə Gilmənd vilayətinin Laşkargah şəhərində baş verib. Yerli hakimiyyət orqanları hadisəni "Taliban" qruplaşmasının törətdiyini bildiriblər. Qeyd edək ki, son aylar ərzində kənd rayonlarının əksər ərazilərini nəzarətə götürən "Taliban" şəhərlərdə də hücumlar həyata keçirir.Apa

DİGƏR XƏBƏRLƏR

Top