İstanbul derbisini "Beşiktaş" qazandı

Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Adrian Taliska vurub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib. "Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.sportnews.az

DİGƏR XƏBƏRLƏR

Top