Aİ və Ermənistan arasında yeni saziş: danışıqlar yekunlaşdı

Avropa İttifaqı və Ermənistan ikitərəfli tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqları yekunlaşdırıblar. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla danışıqların yekunu üzrə deyib. O bildirib: “Aİ və Ermənistan arasında hərtərəfli və irəlilədilmiş tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqları başa çardırmağımızı elan etməyə görə şadam. Aİ Ermənistanın bir nömrəli ticari tərəfdaşı, eləcə də beynəlxalq donorudur. Yeni saziş yeni qlobal siyasi və iqtisadi maraqlarla çağırışlar nəzərə alınmaqla münasibətlərimizin spektrini genişləndirəcək”.

D. Tusk qeyd edib ki, demokratiya, insan haqları və qanunun aliliyinə sadiqlik daxil olmaqla ümumi dəyərlər müzakirə olunub: “Biz qarşıdakı illər ərzində əlaqələrimizi genişləndirmək və Ermənistanı iqtisadi inkişaf, biznes mühiti, məhkəmə, insan haqları, korrupsiya ilə mübarizə daxil olmaqla islahatları davam etdirilməsini, eləcə də azad və ədalətli seçkilərin təmin edilməsi üzrə tədbirlərin görülməsinə təşviq etdirmək niyyətindəyik”.

DİGƏR XƏBƏRLƏR

Top