Nazir: Ərdoğan Avstriyaya gəlməsin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişiklikləri üzrə referendumla əlaqədar seçki kampaniyası üçün Avstriyaya gəlməsin. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Avstriyanın xarici işlər və inteqrasiya naziri Sebastyan Kurts deyib. Onun sözlərinə görə, mitinqlər Avstriyada yaşayan türk icmasını bölür. Nazir Türkiyədə 2014-cü il prezident seçkilərini xatırladaraq qeyd edib ki, R.T. Ərdoğanın Vyana mitinqində 13 500 nəfər iştirak etmişdi və mitinqdən sonra qarışıqlıq baş vermişdi: “Ərdoğanın konstitusiya referendumu çərçivəsində seçki kampaniyası üçün Avstriyaya gəlməsi buradakı türklər arasında ayrı-seçkilik yaradır. Bölünmə inteqrasiya prosesinə də mənfi təsir göstərir”. Bununla belə, S. Kurtz diqqətə çatdırıb ki, R. T. Ərdoğan Avstriyaya və ya Avropa İttifaqının hər hansı bir üzv ölkəsinə dövlətlərarası rəsmi səfər və dövlət rəsmiləri ilə ikitərəfli görüşlər üçün həmişə gələ bilər və bundan məmnun olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top