UEFA "Dinamo" "Beşiktaş" klublarını cərimələyib

Ukraynanın "Dinamo" (Kiyev) və Türkiyənin "Beşiktaş" klublarının hər biri 60 min avro məbləğində cərimələnib. Bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar verib. Səbəb kimi iki komanda arasında Çempionlar Liqasının qrup mərhələsinin son tur matçında azarkeşlərin davranışları səbəb olub. Həmin qarşılaşmada kiyevlilər 6:0 hesabı ilə qalib gəliblər. Daha əvvəl UEFA "Dinamo"nu görüşə lazımi səviyyədə hazırlaşmamaqda və tribunalarda təhlkəsizliyi təmin etməməkdə günahlandırıb. "Beşiktaş" isə azarkeşlərinin yolverilməz davranışları üzündən cəzalanıb. report

DİGƏR XƏBƏRLƏR

Top