Bakıda bir gündə baş tutmayan iki intihar

Bakıda iki nəfər intihara cəhd edib. Hadisələrdən biri paytaxtın Binəqədi, digəri Nizami rayonunda qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü B.Mirzəyev Binəqədi rayonu, Atatürk prospekti 56 ünvanında yerləşən doqquzmərtəbəli binanın damına çıxaraq özünü yerə atmağa cəhd edib. Əraziyə cəlb olunmuş polis əməkdaşları intiharın qarşısını alıb. Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 58 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Ə.Fərhadov intihar məqsədi ilə bilək və qarın nahiyəsini bıçaqla kəsib. O, xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır. report

DİGƏR XƏBƏRLƏR

Top