İran Azərbaycan və Ermənistanı təmkinlilik nümayiş etdirməyə çağırıb

Azərbaycan-Ermənistan münaqişə zonasında baş verən son toqquşmalara növbəti reaksiya İrandan gəlib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, İran Xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Bəhram Qasimi ölkəsinin tərəfləri təmkinli olmağa dəvət etdiyini və münaqişəni sülh yolu ilə həll etməyə çağırdığını söyləyib. Onun sözlərinə görə, rəsmi Tehran münaqişənin həllini yalnız danışıqlar stolu arxasında görür. Qasimi həmçinin İranın münaqişənin həllinə cavabdeh beynəlxalq təşkilatların problemi aradan qaldırmaq üçün öz öhdəliklərini yerinə yetirəcəyinə ümid etdiyini söyləyib: "İran münaqişədə olan tərəflərlə əməkdaşlıq çərçivəsində problemin həllinə və bölgədə təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır".

DİGƏR XƏBƏRLƏR

Top