Bakıda Mikayıl Müşfiqin abidəsini dağıtdılar

“Azəryolservis” ASC Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsi dağıdılıb.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov virtual.az-a məlumat verib.

Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

“Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik” - deyə o vurğulayıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli büstün anbarda saxlanıldığını söyləyib:

“Prezidentin sərəncamına əsasən, “Təzə Pir” məscidi və Fizuli meydanına gedən yolda yenidənqurma işləri həyata keçiriləcək. O cümlədən, Statistika dairəsi adlanan ərazidə də bu işlərə start verilib. Həmin işlər görülən zaman Mikayıl Müşviqin büstünə ziyan dəyməsin deyə götürülüb, anbarda saxlanılır. İş bitdikdən sonra yenidən həmin əraziyə qaytarılacaq və həmçinin, ərazidə geniş park da salınacaq”.

DİGƏR XƏBƏRLƏR

Top