Türkiyə ABŞ-ın istəyi ilə Suriyadakı planını dəyişdi? - İDDİA

Türkiyə Silahlı Qüvvələri yaxın günlərdə Suriyanın Rakka şəhərinin İŞİD-dən azad edilməsi üçün həyata keçiriləcək hərbi əməliyyatlarda iştirak edəcək. Hərbi əməliyyatlara təxminən 3-4 min türk əsgərinin qatılacağı bildirilir. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxınlığı ilə bilinən "Türkiyə" qəzetinin yazarı Nuri Elibol məlumat verib. Türkiyə mətbuatının yazdığına görə, əslində türk ordusu yaxın zamanlarda başqa bir terror təşkilatı YPG-nin nəzarətində olan Menbiçi azad etmək üçün əməliyyat keçirməli idi. Lakin, rəsmi Ankaranın ABŞ Silahlı Qüvvələrinin və Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) rəhbərlərinin Türkiyəyə səfərindən sonra Menbiçə əməliyyat planından vaz keçdiyi bildirilir. ABŞ rəsmiləri ilə aparılan danışıqlardan sonra türk ordusunun Rakkanın azad olunması əməliyyatlarına qatılacağı gözlənilir. Bunun əvəzində isə ABŞ YPG-nin Menbiçi tərk etməsinə təmin edəcək.

DİGƏR XƏBƏRLƏR

Top