Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub. Dərhal nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü, 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top