Əhmədinejad Trampa məktub yazıb

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ-ın dövlət başçısı Donald Trampa məktub yazıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, eks prezident məktubunda ABŞ-ın miqrasiya siyasətinə və Vaşinqtonun Yaxın Şərqdəki fəaliyyətinə toxunub. 3,5 mindən çox sözdən ibarət məktubunda M. Əhmədinejad Vaşinqtonun BMT-dəki hökmran təsirini, eləcə də ABŞ-ın xarici dövlətlərin işinə qarışmağını pisləyib: “Müasir ABŞ bütün xalqlara məxsusdur. Ölkəyə İran da daxil olmaqla müxtəlif dövlətlərin nümayəndələri mühacirət edir”. M. Əhmədinejad bəyan edib ki, D. Trampa ünvanladığı məktubu Vaşinqtonun maraqlarını təmsil edən İsveçin Tehrandakı səfirliyinə göndərib. Bunadək M. Əhmədinejad ABŞ prezidentləri kiçik Corc Buşa və Barak Obamaya da məktublar yazmışdı.

DİGƏR XƏBƏRLƏR

Top