Ruhani yenidən prezident olmaq istəyir

İranın dövlət başçısı Həsən Ruhani ölkədə mayda keçiriləcək prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürmək qərarına gəlib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İranın vitse-prezidenti Hüseyn Əli Amiri deyib. O bildirib ki, cənab Ruhani son bir neçə həftə ərzində qərara gəlib ki, prezident seçkilərində iştirak etsin. Xatırladaq ki, İranda prezident seçkiləri 2017-ci il mayın 19-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top