Bakıda dəhşət: Binanın damından şiferlər maşınların üzərinə tökülür VİDEO

Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır.

Baku.ws-in təqdim etdiyi videoda görünür ki, hündürmərtəbəli binada mansard tikilir.

Tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. “Şazi MMC” tərəfindən aparılan tikinti işləri zamanı binanın damından düşən şifer parçaları aşağı düşür.

Sakinlərin verdiyi məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənilmədiyini bildirib.

Şifer

DİGƏR XƏBƏRLƏR

Top