Qırğızıstanda korrupsiya qalmaqalı: müxalif partiyanın lideri həbs edildi

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) ölkədə tanınmış siyasətçi, müxalif “Ata-Meken” partiyasının lideri Omurbek Tekebayevi saxlayıb. “Yenivaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, komitənin rəsmi nümayəndəsi Rahat Sulaymanov bildirib ki, O. Tekebayev ona qarşı açılmış korrupsiya və fırıldaqçılıq haqqında cinayət işi çərçivəsində həbs edilib. R. Sulaymanov qeyd edib ki, siyasətçi komitənin istintaq təcridxanasına yerləşdirilib. Daha əvvəl Qırğızıstan Baş Prokurorluğundan verilən məlumata görə, O. Tekebayev 2010-cu ildə respublikanın müvəqqəi hökumətin sədrinin müavini vəzifəsini tutarkən himayədarlıq üçün rusiyalı iş adamından milyon dollar alıb: “Rusiyalı Leonid Mayevski Qırğızıstanın “Alfa telekom” mobil operatorunun səhmlərinin 10-15 faizinə sahib olmaq istəyib. Tekebayev öhdəliklərini yerinə yetirməyib, aldığı pulları isə qaytarmaqdan imtina edərək fiziki məhv etmə ilə hədələyib”. Bu iş üzrə O. Tekebayevlə birlikdə “Ata-Meken” partiyasının daha bir üzvü – Qırğızıstanın Cənubi Koreyadakı keçmiş səfiri Duyşen Çotonov saxlanılıb. Bu arada O. Tekebayevə dəstək vermək üçün DMTK-nin binası yaxınlığında mitinq başlayıb. Aksiyada 200-300 nəfər iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top