Aşağı Güzdəkdə gölün daşması nəticəsində evləri su basıb

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq ərazidə suçəkmə işləri aparıblar. Əməliyyat saat 19:07-də başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top