“Quş qripi”nə görə 26 minə yaxın ev quşu məhv edildi

Tayvanda “quş qripi” virusuna görə 25,8 min ev toyuğu və ördəyi məhv edilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Tayvan adasının aqrar komitəsi məlumat yayıb. Virus Tayvanın Yunlin qəzasında yerləşən fermalarda aşkar edilib. Həmin qəzadakı daha üç fermada sabah əlavə olaraq 15,3 min toyuq məhv ediləcək. Bu fermalarda H5N2 ştamlı “quş qripi” virusu qeydə alınıb. Aqrar komitədən bildiriblər ki, cari ilin əvvəlindən adanın 46 fermasında “quş qripi” aşkarlanıb və ümumilikdə 353 min ev quşu məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top