Gədəbəy sakini ehtiyatsızlıqdan özünü güllələyib


Gədəbəy sakini ehtiyatsızlıqdan özünü güllələyib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Gədəbəy rayonunun Turşsu kəndində kənd sakini Ayaz Cəfərov ehtiyatsızlıqdan tüfəngdən açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan tüfəng A.Cəfərovdan götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top